19 noyabr 2020, 18:06

Rafiq Məmmədovdan, Bakı, Azərbaycan

Əziz Ali Baş Komandan, Cənab Prezident,

Mən Laçın eli adından Sizi və xalqımızı təbrik edirəm. Müzəffər Ordumuza eşq olsun. Şəhid balalarımıza Allahdan rəhmət, yaxınlarına səbir diləyirəm. Cənab Ali Baş Komandan, sərkərdəsi olduğunuz bu Qələbənin əbədiləşməsi üçün biz laçınlıların da bir təklifi var. Xahiş edirik, Laçın rayonunun ən uca zirvəsində Sizin heykəliniz ucaldılsın və bu heykəl xalqımız üçün and yeri, mənfur qonşularımız üçün göz dağı, tariximiz üçün isə əbədi yaddaş olsun.

Bildiyimiz kimi, ölkəmizin şimalında Ulu Öndərimizin adını daşıyan “Heydər Zirvəsi” var. Qoy qərbdə də Sizin abidəniz olsun və oraya “BURA AZƏRBAYCANDIR” yazılsın. Təklifimizi nəzərə almağınızı xahiş edirik.

Hörmətlə,

Məmmədov Rafiq Bəhlul oğlu.

Azərbaycan Respublikası, Xəzər rayonu, Binə qəsəbəsi.