18 noyabr 2020, 20:35

Eldar Rüstəmovdan, Şəmkir, Azərbaycan

Hörmətli, əziz, Müzəffər Ali Baş Komandanımız!

Bu məktubu Sizə xoşbəxtlik göz yaşları ilə yazıram. Çox sağ olun! Siz xalqımızın Qəhrəmanısınız!

Sizi onsuz da xalq sevirdi, indi isə - bu böyük qələbəni xalqımıza bəxş etdikdən sonra Sizin adınız hər birimizin ürəyində ən sevimli, ən hörmətli vətəndaş kimi həmişəlik həkk olundu. Sizin düşmənə qarşı vaxtında xalqa çağırışınız bizim gələcək həyatımızın müqəddaratını təmin etdi. Bəli, Siz həqiqətən dahi Prezident oldunuz. Hər bir Azərbaycan vətəndaşı Sizinlə fəxr edir, Allah-təala Sizin ömrünüzü uzatsın, bizim ömürlük rəhbərimiz, Prezidentimiz! Sağ olsun şərəfli, ləyaqətli, cəsur Azərbaycan Ordusu! Bu Ordunu da Siz yaratdınız.

Allah Ulu Öndərimizə rəhmət eləsin. O, Sizə güvənərək Vətənimizin Lideri kimi hazırladı. Siz də sağ olun ki, onun nəsihətlərini, vəsiyyətini ləyaqətlə yerinə yetirdiniz.

Allah şəhidlərimizə rəhmət eləsin! Onlar Vətənlərinə canlarını, qanlarını qurban etdilər. Belə Sərkərdəsi, belə Ordusu olan xalq xoşbəxt xalqdır!

Erməni dığaları 200 il idi ki, bütün güclərini bizə, türk millətinə qarşı səfərbər etmişdi. Siz və biz onların 200 illik fəaliyyətlərinə 44 gün ərzində son qoyduq, onların üstündən bir xətt çəkdik. Bu qələbənin çox hissəsi, ağırlığı Sizin üzərinizə düşdü. Ordumuz cəbhədə düşmənlərimizi məhv etdi, Siz isə ağılla, savadla, humanistliyinizlə bizə qarşı olan bütün dövlətlərlə tək vuruşdunuz və bütün mübarizələrdən qalib çıxdınız. Allah Sizin başınızı həmişə uca etsin!

Bir şeyi də Sizdən xahiş etməyi özümə borc bilirəm. Qələbədən sonra ermənilərə heç bir güzəştə getməyin, xalqımıza, dövlətimizə, mədəniyyətimizə dəymiş ziyanın hamısını beynəlxalq məhkəmə vasitəsi ilə dığalardan alaq, Vətənimizi daha da çiçəkləndirək. Ürəyimdəkiləri deməklə qurtarası deyil. Bir daha gözünüz aydın olsun!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Rüstəmov Eldar Aslanalı oğlu.

Azərbaycan Respublikası, Şəmkir şəhəri.