18 noyabr 2020, 19:45

Nasir Məmmədovdan, Bakı, Azərbaycan

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.

Erməni təcavüzkarlarının törətdikləri vəhşiliklər, xüsusilə 1992-ci il Xocalı faciəsi heç vaxt yaddaşlardan silinməyəcək. Azərbaycan xalqı 30 il ərzində nə qədər acı göz yaşları töksə də bu gün xoşbəxtdir. Nəhayət sonunda gözlədiyimiz o an yetişdi. Ermənistan dövlətinin işğal etdiyi ərazilər Ali Baş Komandan olaraq məhz Sizin və Ordumuzun cəsarətli, mübariz əsgərləri sayənizdə mənfur düşmən tapdağından təmizləndi. Biz də bundan fərəh hissi duyaraq qürurlanırıq. Başımızın üstünü almış qara buludlar çəkildikcə, Vətən torpağına yenidən isti nəfəs gəlir və işğaldan azad olunan torpaqlarımızda doğma Vətənim Azərbaycanımın üçrəngli Bayrağı dalğalanır və Azərbaycan xalqı bundan sevinc və fərəh hissi keçirir. Bundan sonra da gözlərimizdən axan göz yaşları sevinc göz yaşları olsun!

Möhtərəm Prezidentim, cənab Ali Baş Komandan və hörmətli, dəyərli Mehriban xanım! Allah Sizi qorusun, Allah Sizi bu xalqın, millətin başının üstündən əskik etməsin. Adını tarixə qızıl hərflərlə yazdırdın, Prezidentim!

Qarabağ Azərbaycandır!

Qürurlu, vüqarlı Prezidentim, Səninlə fəxr edir millətın, xalqın,

Ulu öndərimiz Heydər atanın, vuran əli sənsən, İlham Əliyev!

Müstəqil dövlətin Azərbaycanın, parlayan ulduzu İlham Əliyev!

Əbədi yazıldı tarixə adın, qızıl hərflərlə İLHAM ƏLİYEV!

Üçrəngli Bayrağın önündə durub and içək, İlhamla irəli gedək.

Uca zirvələrdə qoy dalğalansın, üçrəngli Bayrağı Azərbaycanın

Hər şeydən əzizdir, Vətən torpağı, Vətəndən pay olmaz düşmənə, yada.

Vətən and yerimiz, qeyrətimizdir, doğma yurd-yuvamız məskənimizdir.

Yaşasın millətim, yaşasın xalqım, gözün aydın olsun, Azərbaycanım!

Şərəfli, şöhrətli, şanlı Ordumuz, üçrəngli Bayraqla marş irəli!

Zəfər qələbəsi çalır Ordumuz, vüqarlı, əzmli milli Ordumuz.

Millətin oxusun, xalqın oxusun: Yaşa! Yaşa! Yaşa can Azərbaycan!

Hörmətlə,

Məmmədov Nasir Həmdulla oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu.