Cəfər Cabbarlı ailəsi və ev muzeyi adından, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident!
Doğma Vətənimizin işğaldan azad edilməsi üçün həm siyasi, həm hərb meydanında apardığınız çətin və şərəfli mübarizədə əldə etdiyiniz uğurlara görə Sizə təşəkkür edirik. Xalqımıza yaşatdığınız böyük Qələbə hər bir vətəndaşımızın qəlbində böyük sevinc və qürur hissi oyatmışdır. Sizinlə fəxr edirik.
Cəfər Cabbarlının sözləri ilə desək “bütün dünyaya bildirməliyik ki, Azərbaycan, türk gənclərinin. əsgərlərinin ürəyində bir ideal, dilində bir söz vardır: Ya şərəfli ölüm və ya dəyərli bir həyat!”
Yaşasın müzəffər Ordumuzun qəhrəman Ali Baş Komandanı!
Yaşasın Azərbaycanın şərəfli, igid əsgər və zabitləri!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Cəfər Cabbarlı ailəsi və ev muzeyi adından,
Qəmər Seyfəddin qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri.