18 noyabr 2020, 11:01

Lida Əlimuradovadan, Bakı, Azərbaycan

Müzəffər Ali Baş Komandan.

Siz milyonlarla insanın əlçatmaz arzularını yerinə yetirmisiniz. Bu münasibətlə “Qarabağın həsrəti” adlı şeir yazmışam.

Yolumuz Qarabağadır, amalımız haqq yolu,

Biz bu yolda zəfər çalaq, bu yeni tariximiz

Vətən uğrunda döyüşdə Bayrağımız, rəmzimiz,

Qarabağ Azərbaycandır, budur həqiqətimiz!

Bizə mənəvi ruh verən türk qardaşlarımızdır,

Prezidentimiz Zəfər sərkərdəmiz, Ərdoğan nurumuzdur!

Ulu Öndərin sözləri qızıl şüarımızdır,

“Biz bir millət, iki dövlət” sarsılmaz andımızdır!

Doğma ayaq səslərindən torpağımız sevindi!

Göz yaşları neçə-neçə bulaqlardan süzüldü,

Murov dağın ürəyi də qələbə ilə döyündü.

Məhz, bu günü həsrət ilə gözləyirdi Qarabağ!!!

Böyük hörmətlə,

Əlimuradova Lida Nəriman qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu.