18:49
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
17 noyabr 2020, 18:38Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alır:
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 56; 2015, № 2, maddə 92, № 5, maddə 496, № 7, maddə 821; 2016, № 6, maddələr 999, 1007; 2017, № 10, maddə 1769; 2018, № 7 (I kitab), maddə 1425, № 11, maddələr 2204, 2205; 2019, № 2, maddə 187, № 4, maddə 579, № 5, maddə 797, № 6, maddə 986; 2020, № 7, maddə 831) aşağıdakı dəyişikliklər edilsin:
1. 36-cı maddənin “Qeyd” hissəsinə “hərbi qulluqçular” sözlərindən sonra “, habelə müvafiq icra hakimiyyəti orqanında zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olan, bu Qanunun 36.1.4-cü maddəsində göstərilən vətəndaşlar” sözləri əlavə edilsin.
2. 37.1.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 37.1.4-cü maddə əlavə edilsin:
“37.1.4. müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün - hərbi xidmətə daxil olmaları barədə əmrin imzalandığı gün.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 oktyabr 2020-ci il.
18:49
16:53
16:02
13:03
12:39
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Keçən il dekabrın 25-də Azərbaycana məxsus təyyarənin qəzaya uğraması nəticəsində insanların faciəli şəkildə həyatını itirməsi ilə əlaqədar...
22 yanvar 2025, 12:3920:28
19:35
18:40
17:33
Hörmətli cənab Prezident, əziz Qardaşım.
Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin otelində baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması xəbəri bizi olduqca sarsıtdı.
Bu faciə ilə əlaqədar dərdinizi bölüşür,...
21 yanvar 2025, 17:3316:40
16:20
16:10