Ömər Cengizhanoğlu və başqalarından, Bolu, Türkiyə
Hörmətli cənab Prezident.
Sizi uca Alalhın adı ilə salamlayır, gözəl Türkiyəmizdən, türk xalqının adından sevgi və ehtiramımı bildirirəm.
Zəfəri zəfərə calamaqla tarixə düşən Azərbaycan Ordusunu səmimi qəlbdən təbrik edir, hər əsgərin alnından öpürük. Çanakkale, Sakarya döyüşləri ilə türk və dünya tarixinə qızıl hərflərlə yaxan türk ordusunun qardaşı olan, ermənilərə tarixi dərs verən Azərbaycan Ordusu bu gün cəbhədən Qələbə ilə qayıdır.
Bir yumruq kimi birləşmiş Azərbaycan Ordusu qazandığı qələbələrlə ulu öndər Heydər Əliyevin və minlərlə şəhidin ruhlarını şad etmişdir.
Dəyərli Prezidentimiz, bütün sahələrdə apardığınız uğurlu siyasətlə tarixə ad salmış türk fatehlərinin davamçısı olduğunuzu dünyaya göstərdiniz.
Mən təqaüddə olan müəlliməm. İnşaat mühəndisi olan və Gülhanə Tibb fakültəsində oxuyan oğlumla birlikdə Azərbaycan Ordusu üçün əlimizdən gələn köməyi etməyə hazırıq.
Dünyanın hələ də unutmadığı Çanakkale zəfərindən sonra Sizlər Qarabağ zəfərini tarixə yazdınız. Bütün türk xalqları Sizin bu qəhrəmanlığınızı unutmayacaqdır.
Heç şübhəm yoxdur ki, Qarabağdan zəfərlə dönən şanlı Azərbaycan Ordusu əsl qəhrəmanlar kimi qarşılanacaq. Onlara bir daha Azərbaycan xalqına və bizlərə yaşatdıqları sevinc və xoşbəxtliyə görə minnətdarlıq bildirirəm. Qarabağın azad olunması münasibətilə keçiriləcək şənliklərdə iştirak etmək ümidi ilə müraciətimi ən ülvi hisslərimi ifadə edən sözlərlə bitirmək istəyirəm:
Salam olsun qızıl qəlbli rahbərimiz İlham Əliyevə!
Salam olsun Qarabağ yolunda dastan yazan şanlı Azərbaycan Ordusuna!
Salam olsun ordusu ilə milli birlik göstərən qardaş Azərbaycan və türk xalqlarına!
Hörmətlə,
Ömər Cengizhanoğlu
Mehmetcan Cengizhanoğlu
Doğanacan Cengizhanoğlu
Türkiyə Respublikası, Bolu şəhəri.