17 noyabr 2020, 13:58

Zeynal Bayramlıdan, Ucar, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz bütün dünya liderləri ilə dostluq, qardaşlıq əlaqələrini qurmaqla iqtisadiyyatımızı möhkəmləndirdiniz, Ordumuzu ən müasir orduya çevirdiniz. Siz Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qoruyaraq, düşmənləri əzəli torpaqlarımızdan qovub çıxarmaqla xalqımıza təkrarsız şanlı tarix yaşatdınız. Biz Ucar rayonunun səhiyyə işçiləri olaraq Sizin dəstəkləyir və bütün uğurlara görə Sizə minnətdarıq. Allah Sizi qorusun!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Ucar Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin kollektivi adından

Zeynal Bayramlı

Direktor

Azərbaycan Respublikası, Ucar şəhəri.