Həmzə Zamanovdan, Beyləqan, Azərbaycan
Möhtərəm cənab Prezident,
Yazıb Sizə bildirirəm ki, biz beyləqanlılar 30 ildir cəbhənin ön hissəsində yaşayaraq düşmənə sinə gərmişik, başqa bölgələrimiz kimi. Düşmənə qarşı mətin dayanmışıq.
Sentyabrın 27-də əks-hücum əməliyyatında mənim də iki oğlum hərbi mütəxxəssis olaraq düşmənlə döyüşlərə qatılmışdı və cəbhənin ön hissəsində döyüşmüşlər.
Möhtərəm Prezident, mən həmişə Sizin yürütdüyünüz siyasətə inanmışam. Əminəm ki, Sizin imzaladığınız sülh bəyannaməsi xalqımızın tam maraqlarına xidmət edəcək. Siz bu imza ilə bir çox hərbiçilərimizin həyatını xilas etmisiniz. Bizə bu Qələbəni yaşatdığınıza görə Sizə şəxsən öz dərin minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Zamanov Həmzə Barat oğlu
Azərbaycan Respublikası, Beyləqan rayonu, Dünyamalılar kəndi.