Vaqif Zaurdan, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident.
Qarabağda qazandığınız Qələbəyə görə Sizə təşəkkür edirəm. Mən şair təbiətli insan olduğum üçün ürək sözlərimi şerlə çatırıram.
Çək hesabı Vətən oğlu
Bu günü çox gözləmişik,
Gözün aydın Vətən oğlu.
Hesab vaxtı gəlib çatdı,
Çək hesabı Vətən oğlu.
Otuz ilə yaxın vaxtdır,
Havadardan güc alaraq,
Yağı düşmən at oynadır,
Torpağımda.
Çək hesabı Vətən oğlu.
Türk dünyası ayaqdadır,
Tarix sanki təkrar olur,
Türk oğlunun qanı coşur,
Kəsməyəcək tək qulağın,
Kəsəcəkdir əl-ayağın.
Bəsdir daha!
Çox gözlədik biz bu anı,
Çək hesabı Vətən oğlu.
Qovulacaq yağı düşmən,
Babək kimi sərkərdəmiz,
Tomris kimi anamız var.
Kəs başını vermə aman,
Düşmən olsun tamam viran.
Çək hesabı Vətən oğlu.
Qardaşımız Türk oğlu türk,
Olub hər vaxt kömək bizə.
Çətin gündə, çətin anda,
Dayaq durub elimizə.
Sərkərdəmiz qüdrətlidir,
O, dünyada şöhrətlidir,
Ulu Heydər əmanəti,
Xalqım üçün qiymətlidir.
Bil sən bunu
Vətən oğlu.
Komandanın vur əmrindən,
Şanlı ordum güc alıbdır.
Mənfur düşmən qudurubdur,
Qudurmuş o, bir it kimi,
Dalayırlar yanı-yönü.
Artıq onun yoxdu yolu,
Kəsilibdir sağı-solu.
Hesab vaxtı gəlib çatıb,
Çək hesabı Vətən oğlu.
Qarabağım azad olur,
Sevincimdən gözüm dolur.
Xalqla ordu birləşərək,
Düşmən ilə hesab çəkir.
Çək hesabı Vətən oğlu.
Qollarına qüvvət olsun,
Tanrı özü hifz eləsin,
Yollarınız açıq olsun.
Haqq yoludur getdiyin yol,
Vur zərbəni sən möhkəm ol.
Bir bax necə gör sevinir,
Qarabağın üzü gülür.
Qarşılayıb qucaq açır,
Düşmən geri baxıb qaçır.
Hesab vaxtı gəlib çatdı,
Çək hesabı Vətən oğlu.
Şəhidlərin al qanını,
Aman vermə o qaçmağa,
Al xalqımın qisasını,
Çək hesabı Vətən oğlu.
Hörmətlə,
Vaqif Zaur (Allahverdiyev)
Azərbaycan Respublikası, Ağcabədi şəhəri.