Ləman Qədirlidən, Bakı, Azərbaycan
Müzəffər Azərbaycan Ordusunun, Müzəffər Ali Baş Komandanı!
Mən bir gənc olaraq Sizə bu minnətdarlıq məktubunu yazmağı özümə borc bildim. Çünki bu sevinc duyğusunu bölüşməmək mümkün deyil. Mənim 18 yaşım var. Ağlım kəsən gündən Qarabağ üçün yas tuturdum. Şəhid anaları ilə üz-üzə gəlməyə utanardım. Mən o müsibətləri görməmişəm, amma özümü daim o insanların yerində hiss etmişəm.
Artıq mən qalib Vətənin qalib övladıyam. Çox xoşbəxtəm, cənab Prezident! Mənim üçün möcüzə olan xəyalı Siz gerçək etdiniz. Biz gənclərin üzərinə daha mühüm öhdəliklər düşür. Mən Sizin və Vətənim Azərbaycanın qarşısında söz verirəm ki, gələcəyimlə tək özümü deyil, həm də millətimi xoşbəxt edəcəyəm. Xalqımız, Sizi sevir, hər zaman Sizə güvənir. Biz artıq qalib dövlətin vətəndaşlarıyıq!
Hörmətlə,
Qədirli Ləman Qacar qızı, tələbə,
Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu.