16 noyabr 2020, 17:55

Şafiq Heydərovdan, Sabirabad, Azərbaycan

Hörmətli cənab Prezident, müzəffər Ali Baş Komandan, sabirabadlıların ən yaxın dostu ümummilli lider Heydər Əliyevin layiqli davamçısı əziz İlham Əliyev.

Bu günlərdə həyacan və sevinc içində yaşayan rayonumuz və bizim idarənin kollektivi noyabrın 8-də qeyri-adi zəfər hissi keçirdik, bu Qarabağımızın mirvarisi sayılan Şuşanın işğaldan azad olunması ilə bağlıdır.

Sizin komandanlığınız və əsgərlərimizin şücaəti ilə Şuşa özümüzə qayıtdı.

Böyük çoşqu ilə hamı bir-birinə “Gözünüz aydın! Şuşa azaddır, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” deyərək təbrik etdilər. Allah Sizə cansağlığı, Ordumuza yenilməz güc versin, yaxınlarda digər rayonlarımızın da işğaldan azad olunması xəbərini Sizdən eşitmək arzusu ilə Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya uzun ömür, cansağlığı arzulayırıq.

Qarabağ Azərbaycandır!

Sabirabad Suvarma Sistemləri İdarəsinin kollektivi adından hörmətlə,

Şafiq Heydərov

Azərbaycan Respublikası, Sabirabad rayonu.