16 noyabr 2020, 17:49

Mirvari Qarayevadan, Şəki, Azərbaycan

Hörmətli Prezident, müzəffər Ali Baş Komandan.

Torpaq o zaman sevinir ki, onun varisi var. Dövlət o zaman sevinir ki, onun uzaqgörən, dövlətini, xalqını sevən rəhbəri var.

Siz yaralı Azərbaycanımızın məlhəmini etdiniz. Bu torpağın məlhəmi, dərmanı Qarabağdır. Mən indi başımı dik tutaraq gəzirəm. Buna səbəb torpaqlarımızın işğaldan azad olunmasıdır.

Bir ana kimi Sizə sonsuz məhəbbətimi, minnətdarlığımı bildirirəm.

Çünki bu ucalığı xalqımıza Siz və Ordumuz bəxş etdiniz.

Hər bir əsgərimizin silah tutan əlindən öpür, Sizə isə daim qələbələr arzulayıram.

Sizin sözləriniz bizim şüarımızdır.

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Mirvari Qarayeva

Azərbaycan Respublikası, Şəki rayonu, Qozlubulaq kəndi.