Nəriman Abdurrahmanovdan, Qəbələ, Azərbaycan
Müzəffər Ali Baş Komandan.
Qazandığınız böyük Qələbəyə və xalqımıza göstərdiyiniz misilsiz xidmətlərə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Ulu öndərimiz Heydər Əliyev illər öncə Azərbaycan xalqına bildirmişdir: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Bu sözlər Ulu Öndərin müdrikliyini, uzaqgörənliyini, Sizin isə çox etibarlı və layiqli xələf olduğunuzu göstərir.
Yeraltı və yerüstü sərvətlərlə zəngin olan torpaqlarımız doğma sahiblərinə qayıtdı. Dalğalanan Azərbaycan Bayrağının altında, xilaskar Azərbaycan Ordusu qarşısında işğaldan azad olunmuş müqəddəs torpağımıza səcdə edir və torpağı öpürəm.
Çox hörmətli İlham Əliyev, Siz xalqa müraciətlərinizdə “Mənim əziz xalqım!” ifadəsini işlədirsiniz. Bu məni çox sevindirir. Sizə cansağlığı, yeni qələbələr arzu edirəm. Bir də arzu edirəm ki, bundan sonra Azərbaycanda əbədi olaraq sülh və əmin-amanlıq hökm sürsün.
Hörmətlə,
Nəriman Abdurrahmanov
86 yaşlı müəllim
Azərbaycan Respublikası, Qəbələ rayonu, Mıxlıqovaq kəndi.