16 noyabr 2020, 17:17
Tiflis Məmmədovdan, Füzuli, Azərbaycan
Hörmətli Prezident, müzəffər Ali Baş Komandan.
Sizi və Sizin simanızda qəhrəman Azərbaycan Ordusunu, Azərbaycan xalqını Böyük Qələbəmiz münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Bu müqəddəs yolda Vətən torpaqları üçün qurban gedən şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm.
Var olsun Azərbaycan!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Tiflis Məmmədov
Azərbaycan Respublikası, Füzuli rayonu.