16 noyabr 2020, 17:10

Abdulhəmid Tahirovdan, Şəki, Azərbaycan

Müzəffər Ali Baş Komandan.

Mən Şəki şəhər 3 saylı məktəbin 11-ci sinif şagirdiyəm. Mənim atam 2-ci qrup Qarabağ əlilidir.

Bizim ailəmiz Sizin “Ata vəsiyyətini yerinə yetirdim, Şuşa şəhəri işğaldan azad olundu” sözlərinizdən sonra göz yaşlarımızı saxlaya bilmədik.

Hörmətli Prezident, Sizin hər bir tvitinizi sevinclə oxuyuruq. Qələbəni bizə yaşatdığınız üçün Sizə çox minnətdarıq.

Allah Ulu Öndərə rəhmət eləsin! Allah bütün şəhidlərimizə rəhmət eləsin! Allah Sizin kölgənizi xalqımızın başı üzərindən əskik etməsin! Sizə və ailənizə cansağlığı arzu edirəm.

Hörmətlə,

Abdulhəmid Tahirov

Azərbaycan Respublikası, Şəki şəhəri.