16 noyabr 2020, 17:04

Mayıl Hümmətovdan, Tovuz, Azərbaycan

Hörmətli Prezident, müzəffər Ali Baş Komandan.

Sizi və xalqımızı erməni faşist dövləti və cəllad dünya erməniliyi üzərində tam Qələbə münasibətilə ürəkdən təbrik edirəm.

Siz ulu öndər Heydər Əliyevin və Azərbaycan xalqının arzularını şərəflə yerinə yetirməklə, son 200 ildə tariximizdə işğal edilmiş torpaqlarımızı xalqımıza qaytaran, qəhrəman zabit və əsgələrimizlə birlikdə xalqımızın ən parlaq yeni tarixini yazan ilk tarixi şəxsiyyətsiniz.

Eşq olsun Sizə! Eşq olsun igid zabit və əsgərlərimizə! Vətən bölünməz, şəhidlər ölməz!

Şəhidlərimizin ruhu qarşısında baş əyir, yaralı əsgər və zabitlərimizə Allahdan şəfa diləyirəm.

Sizinlə qürur duyuruq.

Tanrı Sizi qorusun!

Biz həmişə Sizinləyik!

Hörmətlə,

Mayıl Hümmətov

Tovuz rayon Müharibə Veteranları Təşkilatının sədri, Əfqanıstan və Azərbaycan müharibələri veteranı

Azərbaycan Respublikası, Tovuz rayonu.