16 noyabr 2020, 16:45

Afət Quliyevadan, Bakı, Azərbaycan

Müzəffər Ali Baş Komandan.

Mən bir Zəngilan rayon sakini olaraq, Qızıl Aypara Cəmiyyəti Nəsimi rayon bölməsinin sədri, cəmiyyətimizin çoxsaylı üzvləri adından və 28 il yurd həsrəti ilə yaşayan ailəmiz adından Sizə öz təşəkkürümü bildirirəm. Ona görə ki, yenilməz ordumuzun gücü ilə doğma və əzəli Azərbaycan torpağı olan Qarabağımızı azad etmək sevincini bizə yaşatdınız. Biz bu qələbəyə görə əskərlərimizə və şəhidlərimizə borcluyuq. Sizin əzminiz və ordumuzun gücü ilə ərazi bütövlüyümüz bərpa olundu. Siz Azərbaycan üçün yeni tarix, yeni səhifə açdınız. Onilliklər, yüzilliklər keçəcək, bu zəfər tariximizdə qalacaq. Sevincimiz böyükdür. 28 illik həsrət bitdi və biz Zəngilana dönürük. Bayraqlarımız işğaldan azad olunmuş torpaqlarımızda dalğalanır. Qələbə Azərbaycana çox yaraşır. Siz tarixdə bir ilk yazdınız! Biz Sizinlə fəxr edirik! Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan!

Hörmətlə,

Afət Quliyeva

Azərbaycan Respublikası, Bakı şəhəri.