Kamran Muradovdan, Naftalan, Azərbaycan
Hörmətli cənab Prezident.
Şuşanın azad olunmasını eşitdikdə hər birimiz sevinc içində küçələrə axışdıq. Bayram sevinci idi. 9 noyabr tarixində Bayraq Gününü qeyd edərkən Sizdən o qədər gözəl xəbərlər gəldi ki, ürəyimiz ikiqat sevinclə doldu. 10 noyabrın ilk saatlarından Sizin xalqa müraciətiniz isə bizə ən böyük hədiyyəni bəxş etdi.
Mən Sizə heyranam, əziz Prezidentim. Ordumuzun qəhrəmanlığı sadəcə Azərbaycan tarixinə deyil, dünya tarixinə qəhrəmanlıq, ədalət və mərhəmət nümunəsi kimi düşəcək. Mən onu bilirəm ki, mənfur düşmən artıq heç zaman torpaqlarımıza əl uzada bilməyəcək. Allah Şəhidlərimizə rəhmət eləsin. Artıq onların ruhu şaddır.
Təşəkkürlər, müzəffər Ali Baş Komandan, təşəkkürlər, müzəffər Azərbaycan Ordusu!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Kamran Muradov
Azərbaycan Respublikası, Naftalan şəhəri.