16 noyabr 2020, 16:28
Məmməd Səfadan, Bakı, Azərbaycan
Hörmətli Prezident, müzəffər Ali Baş Komandan.
Sizi düşmən üzərində möhtəşəm qələbə münasibətilə ürəkdən təbrik edirəm. Sizə Azərbaycanımızın çiçəklənməsi yolunda uğurlar arzulayıram.
Siz bir sərkərdə, uzaqgörən siyasətçi, Ali Baş Komandan olaraq bu gün millətimizin birliyini daha da möhkəmləndirdiniz. Bu müqəddəs yolda canlarını fəda edən igid oğullarımıza Allahdan rəhmət diləyir, şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Fəxr edirəm ki, Sizin kimi dövlət başçımız var.
Yaşasın Azərbaycan xalqı, müzəffər Ordumuz və Ali Baş Komandanımız!
Hörmətlə,
Məmməd Səfa
Xalq artisti
Azərbaycan Respublikası, Bakı şəhəri.