Cavanşir Sadıqovdan, Ağsu, Azərbaycan
Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.
Sizin Azərbaycan xalqına verdiyiniz Qələbə xəbəri məni hədsiz sevindirdi. Allah Sizi və xalqımızı daim sevindirsin.
Uca Yaradan Sizin kölgənizi Azərbaycan xalqının başı üzərindən əskik etməsin.
Allah Ordumuzu qorusun! Əskər və zabitlərimizin ayaqlarına güc, qollarına qüvvət versin.
Allah Vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin. Şəhid və əsgər qardaşlarımın ayaq qoyduqları yerə mən baş qoyaram. Bütün şəhid analarının qarşısında baş əyirəm.
Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan əsgəri! Yaşasın Azərbaycan xalqı! Daim qürurla dalğalansın üçrəngli Azərbaycan Bayrağı!
Azərbaycan daim yaşa,
Uğurların çatsın başa.
Hədəfin dəyməsin daşa,
Doğma Şuşa daim yaşa!
Meyvəsi barı dadlı,
Torpaqğı toy büsatlı.
Nəslimiz azərbaycanlı,
Vətənimiz Qubadlı.
Hörmətlə,
Cavanşir Sadıqov
Azərbaycan Respublikası, Ağsu şəhəri.