16 noyabr 2020, 13:45

Hafiz Tahirovdan, Füzuli, Azərbaycan

Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.

Sizi işğal altında olan müqəddəs torpaqlarımızın azad edilməsi uğrunda gedən Vətən müharibəsində qazandığmız möhtəşəm Qələbə münasibətilə təbrik edirəm.

Siz qürurumuzu özümüzə qaytardınız, dünyaya sübut etdiniz ki, güclü rəhbərlik sayəsində Azərbaycan Ordusu özünün xilaskarlıq missiyasını müvəffəqiyyətlə yerinə yetirməyə qadirdir.

Fəxr edirik ki, Sizin kimi Prezindetimiz, Ali Baş Komandanımız, bənzərsiz səriştəyə malik cəsur sərkərdəmiz, bütün varlığını xalqın, dövlətin mənafeyi uğrunda mübarizəyə həsr etmiş rəhbərimiz var. Xoşbəxtik ki, Azərbaycan naminə atdığınız bütün addımlar kimi torpaqlarımızın mənfur düşmən tapdağından tamamilə azad edilməsi uğrunda Vətən müharibəsi də Sizin rəhbərliyinizlə Ordumuzun nəsillərə nümunə olacaq tarix Qələbəsi ilə nəticələndi.

Sizə uzun ömür, cansağlığı, Azərbaycanımızın bundan sonrakı xoşbəxt varlığı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Hafiz Tahirov

Əməkdar müəllim

Azərbaycan Respublikası, Füzuli şəhəri.