16 noyabr 2020, 13:02

Ülviyyə Quliyevadan, Füzuli, Azərbaycan

Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.

Mən bir Milli Qəhrəman bacısı, Füzuli sakini olaraq, Sizə minnətdaram. Çünki 27 il həsrətində olduğumuz o müqəddəs torpaqlarımıza yenidən qayıdacağıq.

Mən müəlliməm, çalışıram ki, Füzuli rayonu 22 nömrəli tam orta məktəbdə dərs dediyim şagirdlərə də bu Qələbənin necə böyük tarixi əhəmiyyət kəsb etdiyini, Azərbaycan xalqı üçün nə ifadə etdiyini çatdırım. Öz adımdan və bütün füzulililər adından Sizə və şanlı Ordumuza təşəkkür edirəm.

Eşq olsun Azərbaycan xalqına!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Ülviyyə Quliyeva

Milli Qəhrəman bacısı

Azərbaycan Respublikası, Füzuli şəhəri.