16 noyabr 2020, 12:52

Rəqsanə Quliyevadan, Füzuli, Azərbaycan

Möhtərəm cənab Prezident.

Biz Füzuli rayonunun Şıxlı kəndindənik. Qardaşım hərbçidir. Sizə təşəkkür edirik ki, illərlə işğal altında qalan torpaqlarımızı azad etdiniz. Erməni vandallarının xaraba qoyduğu kəndlərimizin, evlərimizin videoçəkilişlərini görərkən ürəyimiz sızladı. Biz məcburi köçkünlər əminik ki, işğaldan azad edilmiş torpaqlarımızda çox gözəl şərait yaradılacaq və bizlər də qayıdıb öz yurd-uvamızda rahat yaşayacağıq.

Allah Sizi və müzəffər Ordumuzu qorusun!

Hörmətlə,

Rəqsanə Quliyeva

Məcburi köçkün

Azərbaycan Respublikası, Füzuli rayonu, 9 saylı Qayıdış qəsəbəsi.