16 noyabr 2020, 12:42

Gülər Quliyevadan, İmişli, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən rəhbərlik etdiyim məktəbin kollektivi adından Sizi və xalqımızı təbrik edir, Sizə cansağlığı, uzun ömür arzulayırıq.

Rəhbərliyiniz altında müzəffər Ordumuz bizə elə bir sevinc yaşatdı ki, bunu sözlə ifadə etmək olmaz.

Allah Sizi, Ordumuzu və xalqımızı qorusun.

Biz məcburi köçkünlər də tezliklə doğma Füzulimizə qayıtmaq arzusu ilə yaşayırıq.

Hörmətlə,

Gülər Quliyeva

Füzuli rayonundan məcburi köçkün, Füzuli rayonu 20 saylı orta məktəbin direktoru

Azərbaycan Respublikası, İmişli rayonu, Yeni Bəhrəmtəpə qəsəbəsi.