16 noyabr 2020, 12:23

Rizvan Quliyevdən, Ağcabədi, Azərbaycan

Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.

30 ilə yaxın işğal altında qalan Qarabağımızın erməni işğalından azad edilməsində göstərdiyiniz şücaətə görə Sizə öz minnətdarlığımı bildirirəm. Sizin komandanlığınız altında qəhrəman Ordumuz torpaqlarımızı qarış-qarış azad edərək erməni işğalçılarını ərazimizdən qovdu. Qazandığımız böyük Qələbə münasibətilə Sizi təbrik edirəm! Allah Sizi və müzəffər Ordumuzu qorusun!

Hörmətlə,

Rizvan Quliyev

Ağcabədi rayonu 9 saylı tam orta məktəbin direktoru

Azərbaycan Respublikası, Ağcabədi rayonu.