Murad Muradovdan, Sumqayıt, Azərbaycan
Çox hörmətli Prezident, müzəffər Ali Baş Komandan.
Rəhbərliyiniz altında Azərbaycan Ordusunun çox qısa müddətdə əldə etdiyi böyük müvəffəqiyyət münasibətilə Sizi və bütün Azərbaycan xalqını təbrik edirəm.
Sizin qurduğunuz uğurlu siyasət əsasında Azərbaycan xalqı 30 il ərzində ən böyük sevincini yaşayır, xarici ölkələr isə Azərbaycan Ordusunun necə güclü, xalqının necə “yumruq kimi bir” olduğunu və ən əsası - xalq arasında Prezidentə olan böyük sevginin şahidi oldular.
Sizin hər bir çıxışınızı çox diqqətlə izləyir və verdiyiniz hər bir xəbərə çox sevinirik. Xüsusilə xarici mətbuatdakı müsahibələrinizi, televiziya proqramındakı çıxışlarınızı ayrıca vurğulayaraq qürur duyduğumu bildirmək istəyirəm.
Mən orta məktəb şagirdiyəm, musiqi ilə də məşğul oluram. Hər bir musiqiçi kimi, mənim də istəyim odur ki, tezliklə torpaqlarımızın qaytarılması ilə ilhamlanaraq Qarabağla bağlı bir əsər bəstələyib Şuşada səsləndirim.
Sizə uğurlar arzulayıram. Allah Sizi qorusun!
Hörmətlə,
Murad Muradov
11 saylı məktəbin şagirdi
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.