16 noyabr 2020, 11:08

Niyaməddin Məmmədovdan, Lənkəran, Azərbaycan

Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.

Sizi və Azərbaycan xalqını Lənkəran rayonu Zövlə kənd sakinləri adından Qələbə münasibətilə təbrik edirik.

Uca Yaradan hər zaman Sizi ucaltsın.

Xalqımıza Qələbə sevinci yaşatmaqla bərabər Siz bütün dünyada bizi qalib xalq kimi tanıtdırdınız.

Bizə əvəzolunmaz Qələbə sevinci yaşatdığınıza görə Sizin və komandanlığınız altında tarix yazan hər bir əsgər və zabitimizin qarşısında baş əyirik.

Hörmətlə,

Niyaməddin Məmmədov

Lənkəran rayonu Zövlə kənd bələdiyyəsini sədri

Azərbaycan Respublikası, Lənkəran rayonu, Zövlə kəndi.