16 noyabr 2020, 09:00
Mehdi Əhmədovdan, Ağcabədi, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizi qazandığımız böyük Qələbə münasibətilə təbrik edirəm, Sizə uzun ömür və möhkəm cansağlığı arzulayıram.
Sizin necə bir sərkərdə, necə bir siyasətçi olduğunuza bütün dünya şahid oldu. Düşməni həm döyüş meydanında, həm də siyasi arenada diz üstə qoydunuz. Vətən uğrunda canından keçən şəhidlərimizin qanını yerdə qoymadınız. Allah Sizdən və qəhrəman əsgərlərimizdən razı olsun!
Allah Sizi və Azərbaycan xalqını qorusun!
Hörmətlə,
Mehdi Əhmədov
Ağcabədi rayon Dövlət İşçiləri və İctimai Xidmət İşçiləri Həmkarlar Komitəsinin sədri
Azərbaycan Respublikası, Ağcabədi rayonu.