15 noyabr 2020, 18:07

Afaq Məsuddan, Bakı, Azərbaycan

Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.

Sizi və bütün Azərbaycan xalqını möhtəşəm Qələbə günü münasibətilə təbrik edir, bu müqəddəs günün - 10 Noyabrın Azərbaycan tarixinə ilk Milli Qələbə Günü kimi əbədi həkk olunacağına əminliyimi bildirirəm. Torpaqlarımız uğrunda canını qurban vermiş bütün şəhidlərimizə “Məkanınız Cənnət olsun! Vətən, xalq heç bir zaman bu şəhidlik zirvəsini unutmayacaq!” - deyirəm. Bu qələbənin müəllifi olan Sizə - Zati-aliləri Ali Baş Komandanımıza “Var olun, müzəffər Ali Baş Komandan!” - deyirəm. “Azərbaycana tarixin İlk Milli Qələbəsini yaşadan, xalqa milli oyanış ruhunu bəxş edən, bütün bu on yeddi ildə atılan müxalif daşlara məhəl qoymadan, tükənməz səbir və dözümlə Qələbəyə aparan yolu addım-addım məharətlə irəliləyən Böyük Sərkərdə!” Bu qələbə tək bir itirilmiş torpaqların işğaldan azad edilməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərqərar olması qələbəsi deyil. Bu qələbə eyni zamanda xalqın itirilmiş qürurunun, torpaq və şəhid itkisi ilə zədələnmiş ruhunun bərpası, Azərbaycan vüqarının qayıdışı Qələbəsidir!

Eşq olsun müzəffər Ali Baş Komandana! Eşq olsun qüdrətli Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Qalib xalqın yazıçısı Afaq Məsud

Azərbaycan Respublikası, Bakı şəhəri.