15 noyabr 2020, 17:52

Elnur Əliyev və başqalarından, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident,

Torpaqlarımızın işğaldan azad olunması, düşmən üzərində qazandığımız Qələbə münasibətilə Sizi təbrik edirik. Öz doğmalarına həsrət qalan ana torpaq övladlarını qoynuna almaq üçün səbirsizlənir. İnşallah, yurd-yuvalarından didərgin düşmüş hər kəs yenidən doğma evlərinə qayıdacaq, sönmüş ocağını yenidən yandıracaq. Bu zəfər hamımızın sevincidir.

Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Əliyev Elnur,

Əliyev Cəsarət,

Abdullayev Fəzail,

Məmmədov Elşən,

Məmmədov Taptıq,

Səfərov Bəhruz.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Şərəfxanlı kəndi.