15 noyabr 2020, 17:48

Ayaz Qəhrəmanov və Fəzail Abdullayevdən, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi və xalqımızı düşmən üzərində qazandığımız Qələbə münasibətilə təbrik edirik. Biz, hər zaman olduğu kimi, bu haqq savaşında da Sizin ətrafınızda birləşdik. Qazandığımız Vətən müharibəsi ilə bütün dünyaya dövlətimizin gücünü, xalqımızın birliyini sübut etdik.

Yaşasın Azərbaycan xalqı! Yaşasın Azərbaycan Prezidenti! Yaşasın Azərbaycan!

Hörmətlə,

Qəhrəmanov Ayaz,

Abdullayev Fəzail.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Kəhrizli kəndi.