15 noyabr 2020, 17:28

Xəyalə Əhmədzadədən, Füzuli, Azərbaycan

Müzəffər Ali Baş Komandan, cənab Prezident,

Bu gün hər bir azərbaycanlının ürəyi sevinc və qürur hissi ilə, əbədi və əzəli doğma torpağımız olan Qarabağla, müzəffər Ordumuzla və Sizinlə döyünür. 28 ildən sonra bu sevinci yaşamaq insanı daha da ruhlandırır. Müəllim kimi bu tarixi şagirdlərə aşılamaq, dövlətimizin bu şanlı, yenilməz zəfər tarixini onlara yaşatmaq bizim borcumuzdur. Çox sevincliyik. Siz başda olmaqla bütün zabit və əsgərlərimizə dərin təşəkkürümüzü bildiririk. İşğal altında olan Kəlbəcər rayonunun tezliklə mənfur düşməndən tam təmizlənəcəyi məni daha da sevindirir. Əminəm ki, baba və nənəmin ruhları şaddır. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm.

Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Əhmədzadə Xəyalə Əhməd qızı.

Azərbaycan Respublikası, Füzuli rayonu, Əhmədbəyli kəndi.