15 noyabr 2020, 17:19
Adil Həsənovdan, Gəncə, Azərbaycan
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan!
Siz Qarabağ Qələbənizlə bizə böyük sevinc və fərəh hissləri yaşatdınız və Azərbaycan Ordusunun nə qədər güclü və hazırlıqlı olduğunu dünyaya sübut etdiniz.
Cənab Prezident, Siz hər zaman verdiyiniz sözə əməl etmisiniz, bu dəfə də əməl etdiniz, doğma torpaqlarımızı özümüzə qaytardınız. Allah Sizdən razı olsun!
Çox sağ olun! Qarabağ Azərbaycandır!
Hörmətlə,
Həsənov Adil Məzahir oğlu
Azərbaycan Respublikası, Gəncə şəhəri.