15 noyabr 2020, 17:17

Elşad Məmmədovdan, Füzuli, Azərbaycan

Müzəffər Ali Baş Komandan,

28 illik Vətən həsrətindən sonra bizə yaşatdığınız Qələbə münasibətilə işlədiyim Zobucuq qəsəbəsi 4 saylı tam orta məktəbin kollektivi və şəxsən öz adımdan Sizi təbrik edirik. Sizə cansağlığı, uzun ömür arzulayırıq.

Bu müqəddəs yolda böyük zəfər qazanan rəşadətli Ordumuzun igid əsgərlərinə minnətdarıq. Vətən torpaqları uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.

Allah Sizi qorusun! Amin!

Hörmətlə,

Məmmədov Elşad Zakir oğlu.

Azərbaycan Respublikası, Füzuli rayonu.