15 noyabr 2020, 17:13

Yaqut Balayevadan, Bakı, Azərbaycan

Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan!

Xalqımızın dik duruşlu, igid oğlu. Siz qanayan yaramıza məlhəm oldunuz. Sizi Azərbaycan xalqının ümid yeri kimi dünyaya bəxş edən Heydər atamın, Zərifə anamın ruhu qarşısında baş əyirəm. Vətən üçün canını sipər edən şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Siz adınızı Azərbaycan tarixinin şanlı səhifəsinə qızıl hərflərlə həkk etdirdiniz. Sizinlə qürur duyuram. Siz bizim ömürlük Prezidentimizsiniz.

Fəxr edirəm ki, mən azərbaycanlıyam!

Hörmətlə,

Balayeva Yaqut

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi.