15 noyabr 2020, 17:00
Kamil Bayramovdan, Şərur, Azərbaycan
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan!
Mənim 86 yaşım var. Şuşanın, Qarabağ torpaqlarının alınmasına görə Sizinlə fəxr edirəm. Bu, böyük tarixi Qələbədir. Bütün dünya azərbaycanlılarını, xalqımızı və Ordumuzu təbrik edirəm.
Siz hamımıza sevinc, fərəh və qürur yaşatdınız. Allah Sizi qorusun! Bu əməlinizlə Azərbaycanın Milli Qəhrəmanı adına layiqsiniz. Allah mənim ömrümdən kəsib Sizə versin. Allah Sizi həmişə var eləsin!
Hörmətlə,
Bayramov Kamil Zuleyxan oğlu.
Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Kosacan kəndi.