15 noyabr 2020, 16:26

Rahilə Qarayevadan, Şirvan, Azərbaycan

Möhtərəm cənab Prezident,

Allahımız Sizi bizə çox görməsin! Tam səmimi duyğumla Sizi Qələbəmiz münasibətilə təbrik edirəm. Ürəyinizin vicdanla və xalqımız üçün döyündüyünü bilirəm. Buna görə də bütün Azərbaycan vətəndaşları Sizinlə qürur duyur. Daim var olun!

Allahdan Sizə uzun ömür və cansağlığı arzulayıram!

Hörmətlə,

Qarayeva Rahilə Əhəd qızı,

Füzuli rayonu Arayatlı kəndindən məcburi köçkün,

10 saylı orta məktəbin dərs hissə müdiri.

Azərbaycan Respublikası, Şirvan şəhəri.