15 noyabr 2020, 16:18

Yaqub Mahmudovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Bu gün dünyanın hər yerində hər bir azərbaycanlı iftixar hissi ilə Qarabağın xüsusilə də bütün azərbaycanlıların fəxri olan Şuşa şəhərinin yağı düşməndən azad olunmasını qürur və fərəh hissi ilə bayram edirlər. Bu möhtəşəm qələbənin əldə edilməsində Sizin müstəsna xidmətiniz vardır.

Ona görə də Sizin şərəfli adınız Azərbaycan tarixində daimi qalacaqdır. Dənizkənarı Bulvar İdarəsinin Veteran Klubunun üzvləri Azərbaycan xalqı, Azərbaycan dövləti qarşısında misilsiz xidmətlərinizə görə qarşınızda baş əyib Sizə “çox sağ olun!” deyirlər. Siz əsl mənada xalqımızın Milli Qəhrəmanısınız.

Hörmətlə,

Mahmudov Yaqub Abduləziz oğlu,

Dənizkənarı Bulvar İdarəsinin veteran klubunun çoxsaylı üzvləri adından.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.