15 noyabr 2020, 16:16

Müşfiq Bayramovdan, Ağcabədi, Azərbaycan

Hörmətli Prezident, müzəffər Ali Baş Komandan.

Birinci Qarabağ müharibəsinin iştirakçısı kimi mən ağcabədili dostlarımın adından Sizə dərin minnətdarlığımı bildirirəm.

Ailə üzvlərimlə birlikdə Sizə dua edirik. Allah Sizi qorusun!

Cənab Prezident, mən Birinci Qarabağ müharibəsinin iştirakçısı kimi başa düşürəm ki, Siz Azərbaycan xalqı üçün nələr etdiniz. Şükürlər olsun ki, Qarabağımız azadlığa qovuşdu. Sizə bir daha minnətdaram.

Uca Tanrı Vətən uğrunda canından keçən şəhidlərimizə rəhmət eləsin.

Hörmətlə,

Müşfiq Bayramov

Azərbaycan Respublikası, Ağcabədi şəhəri.