15 noyabr 2020, 16:12
Səfiyyə Əfəndiyevadan, Zaqatala, Azərbaycan
Hörmətli Prezident, müzəffər Ali Baş Komandan.
Sizi və xalqımızı tarixi Qələbəmiz münasibətilə Zaqatala rayon Mərkəzi Xəstəxanasının kollektivi adından səmimi qəlbən təbrik edirik. Həsrətində olduğumuz, lakin illərdir mənfur düşmənin tapdağı altında olan torpaqlarımız Sizin əzmkar mübarizəniz sayəsində azad olundu. Şəhidlərimizin qanı yerdə qalmadı.
Allah Sizi və xalqımızı qorusun! Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Yaşasın müzəffər Azərbaycan Ordusu!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Səfiyyə Əfəndiyeva
Azərbaycan Respublikası, Zaqatala şəhəri.