Ədalət Vəliyevdən, Bakı, Azərbaycan
Möhtərəm Cənab Prezident.
Sizi və xalqımızı bu Qələbə münasibətilə təbrik edirəm. Siz Xalqın hər zaman yanında oldunuz. Xalq Sizinlə hər zaman qürur duydu və bu gün də qürur duyur, çünki Siz bizim 28 il işğal altında olan torpaqlarımızı geri qaytardınız. Xalqımıza tarixdə görünməyən bir qələbə, siyasi bir uğur qazandırdınız və təbii ki, bütün bunlar Vətən yolunda canından, qanından keçən qardaşlarımızın və qazilərimizin şücaəti nəticəsində oldu. Sizinlə və Müzəffər Ordumuzla qürur duyuruq və sizlərə minnətdarıq. Cənab Prezident, Siz hər zaman xalqın yanında olduğunuz kimi bizdə hər zaman sizin yanınızdayıq. Sonda Vətən müharibəsində şəhid olan qardaşlarımızın ruhu qarşısında baş əyirik və onların valideynlərinin əllərindən öpürük.
Yaşasın cənab İlham Əliyev! Yaşasın Azərbaycan Xalqı! Yaşasın müzəffər Ordumuz! Qarabağ Azərbaycandır!
Hörmətlə,
Vəliyev Ədalət Şahmar oğlu,
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.