15 noyabr 2020, 16:00
Tünzalə Ələkbərovadan, Naftalan, Azərbaycan
Möhtərəm Prezident.
Bir Naftalan sakini olaraq bu gözəl hissləri Azərbaycan xalqına yaşatdığınız üçün Sizə sonsuz təşəkkürümü bildirirəm.
Sizin sayənizdə Azərbaycan xalqı Qələbə yaşayır. Bütün dünya Azərbaycan Ordusunun cəbhədəki hünərini və şücaətini gördü. Sizin müdrik siyasətiniz nəticəsidnə xalqımız siyasi yolla mənfur düşməni boyun əyməyə məcbur etdi.
Ümummilli lider Heydər Əliyevin vəsiyyətini layiqincə yerinə yetirən möhtəşəm Azərbaycan oğlu, daim var olun.
Allah Sizi, Ordumuzu, xalqımızı qorusun!
Hörmətlə,
Tünzalə Ələkbərova
Azərbaycan Respublikası, Naftalan şəhəri.-0-