15 noyabr 2020, 15:53
Emil Əliyevdən, Naftalan, Azərbaycan
Hörmətli Prezident, müzəffər Ali Baş Komandan.
Vətən müharibəsində qazandığımız böyük Qələbəyə görə Sizə minnətdarıq. 30 ildir tökülən göz yaşları nəhayət ki, sevinc göz yaşları ilə əvəz olundu.
Siz bizə elə böyük xoşbəxtlik bəxş etdiniz ki, bunu sözlə demək mümkün deyil. Sizə çox təşəkkür edirəm.
10 Noyabr bizim şanlı tariximiz olaraq qalacaq.
Bu gün biz bütün Azərbaycan olaraq Sizə və igid əsgərlərimizə bizə bu Qələbəni bəxş etdiyiniz üçün təşəkkür edirik.
Uca Tanrı bütün xalqımızı qorusun!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Emil Əliyev
Azərbaycan Respublikası, Naftalan şəhəri.