Rövşən Nəcəfovdan, Bakı, Azərbaycan
Müzəffər Ali Baş Komandan, möhtərəm cənab Prezident!
Sizin iradəniz və qətiyyətinizlə tarixi həsrətimiz sevinc göz yaşları ilə əvəzləndi. Sizin imzanızla böyük tarix yazıldı. Hər bir azərbaycanlı kimi mən də qalib ölkənin vətəndaşı olmaqdan şərəf duyuram! “Qarabağ Azərbaycandır!” ifadəsi müharibəmizin və tarixi mübarizəmizin ideyasına çevrildi. Dünyanın harasında yaşamağımızdan asılı olmayaraq, hər kəsin fəaliyyətində və həyatında Qarabağ Azərbaycandır!
“Qarabağ Azərbaycandır!” ideyası dərrakəmizin fəlsəfəsi, böyük hədəflər qoymaq şücaəti, bütöv xalq şüuru olaraq Azərbaycan tarixinin və gələcəyinin mənəvi xəzinəsinə çevrildi. Yaratdığınız dəyər gələcək üçün bütöv və firavan Azərbaycan dövlətini əbədi edəcək. Tarixi Qələbəmizə görə Sizə minnətdarıq. Biz Sizinlə qürur duyuruq. Dövlətinə və millətinə sonsuz sevgisi olan bir vətəndaş olaraq hər zaman Sizin xidmətinizdəyəm!
Yaşasın Azərbaycan!
Hörmətlə,
Nəcəfov Rövşən Maarif oğlu,
“İnsan Mühəndisliyi” proqramının rəhbəri.
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.