15 noyabr 2020, 15:49

Əmrah Əliyevdən, Qəbələ, Azərbaycan

Möhtərəm cənab Prezident.

İlk öncə Sizi və dəyərli ailənizi salamlayıram. Bu məktubu hələ müharibə başlamazdan əvvəl yazmaq istəyirdim. Lakin hər kəsin yaralı yeri olan, 30 il həsrətində olduğumuz dillər əzbəri Şuşanın işğaldan azad olunması, ardınca Qarabağımızın tam azadlığa qovuşması xəbərini eşidəndə bir vətəndaş kimi bu məktubu yazmağı özümə borc bildim.

Dəyərli ölkə başçımız, Azərbaycan xalqının qəhrəman oğlu, torpaqlarımızın azad olunması münasibətilə ik öncə Sizi və bütün Azərbaycan xalqını təbrik edirəm. Uca Allahdan bütün əsgərlərimizin sağlam olmasını diləyirəm.

Sizin çıxışlarınızın böyükdən kiçiyədək hamının necə həvəslə dinlədiyininin, hər bir vətəndaşın Sizin kimi Prezidenti olduğu üçün qürur duyduğunun şahidiyəm.

Siz hər kəsə, mənfur erməniyə, bütün dünyaya Azərbaycan əsgərinin nəyə qadir olduğunu sübut etdiniz.

Şəhidlərimizin ruhu şad olur, qanları yerdə qalmır.

Dünya tarixinə öz adını yazmış ümummilli lider Heydər Əliyevdən sonra bu gün Siz yeni tarix yazırsınız. Bu münasibətlə Sizi təbrik edirəm.

Allah Sizi bu xalqın üzərindən əskik etməsin.

Uşaq ata-anasız böyüyə bilər, Vətənsiz əsla.

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Əmrah Əliyev

Azərbaycan Respublikası, Qəbələ rayonu, Yenikənd kəndi.