15 noyabr 2020, 15:38
Sima Əliyeva və Səbuhi Kamranzadədən, Füzuli, Azərbaycan
Müzəffər Ali Baş Komandan.
Əsrin təlatümlü sınaqlarından çıxmış Azərbaycan bu gün Sizin və şanlı Ordumuzun sayəsində haqqa qovuşdu. Zaman o zamandır ki, haqq öz yolunu tutdu. Bu parlaq Qələbə münasibətilə Sizləri təbrik edir, bu yorulmaz fəaliyyətinizdə yeni-yeni zəfərlər diləyirik. Biz Sizinlə qürur duyuruq, iftixar hissi keçiririk. Uca Tanrıdan Sizə cansağlığı, uzun ömür arzulayırıq.
Bizim rahat yatmağımız üçün əbədi uyuyan şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirik.
Yaşasın Azərbaycan!
Hörmətlə,
Sima Əliyeva
Səbuhi Kamranzadə
Azərbaycan Respublikası, Füzuli rayonu, Mollaməhərrəmli kəndi.-0-