15 noyabr 2020, 15:16

Nübar Həsənovadan, Bakı, Azərbaycan

Xalqımın qəhrəman oğlu, tarix yazan sərkərdəmiz, sevimli, yenilməz Prezidentimiz, müzəffər Ali Baş Komandanımız.

Sizin komandanlığınızla müzəffər Ordumuz işğal altında qalan torpaqlarımızı yağı tapdağından azad etdi. Çox sağ olun. Sizə olan etimad və güvən Vətən uğrunda canından keçən generalımız Polad Həşimovun timsalında yüksək rütbəli zabitlərimizin, şəhidlərimizin qanını yerdə qoymamaq, qisasını almaq və torpaqlarımızın azadlığı uğrunda cəsur əsgərlərimiz, Vətən oğulları ölümü belə göz altına alaraq, “Ancaq irəli” söylərək ruh yüksəkliyi ilə döyüşdülər və zəfər çaldılar. Hər dəfə Qələbə müjdəli xəbərlərinizi dinləmək və bu sevinci hər kəslə paylaşmağa tələsirdik. Çıxışlarınızda yarızarafatla dediyiniz sözlərlə hər kəsin çöhrəsində təbəssüm yaratdınız.

Cənab Prezidentimiz, xalqımızın Sizə olan etimadı, inamı sonsuzdur. Siz bu etimadı, inamı öz səmimiyyətinizlə, əməllərinizlə qazanmışınız.

Müzəffər sərkərdəmiz, bizə əlimizdən alınmış torpaqlarımızı geri qaytardığınız üçün Sizə minnətdarıq. Bizim Prezidentimiz olduğunuz üçün Sizinlə qürur duyuruq.

Var ol, yaşa Ali Baş Komandan!

Hörmətlə,

Nübar Həsənova

Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.