15 noyabr 2020, 14:05
Turxan Həsənovdan, Abşeron, Azərbaycan
Hörmətli Prezident, müzəffər Ali Baş Komandan.
Qarabağın düşmən tapdağından azad edilməsi münasibətilə Sizi, xalqımızı, qəhrəman Ordumuzu təbrik edirəm. Başda Siz olmaqla Komandanlığınız altında vuruşan hər bir əsgər və zabitimizə öz dərin minnətdarlığımı bildirirəm.
Bizə yaşatdığınız bu əvəzedilməz hisslərə görə qarşısınızda baş əyirik.
Yaxşı ki, varsınız! Allah Sizə cansağlığı versin.
Uca Tanrı igid əsgərlərimizi qorusun.
Allah Vətən uğrunda canından keçən igid, qəhrəman oğullarımıza rəhmət eləsin!
Hörmətlə,
Turxan Həsənov
Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.-0-