15 noyabr 2020, 14:46
Zakir Həsənovdan, Lerik, Azərbaycan
Hörmətli Prezident, müzəffər Ali Baş Komandan.
Sizi və Azərbaycan xalqını Qarabağın gözü olan Şuşa şəhərinin mənfur erməni cəlladlarının tapdağından azad olunması münasibətilə təbrik edirik.
Cənab Prezident, biz Vətənimizi gələcək də daha da çiçəkləndirəcəyinizə inanırıq. İnanırıq ki, müzəffər Ordumuzun bərpa etdiyi dövlət sərhədlərimiz sayənizdə daimi və əbədi olacaqdır.
Cənab Prezident, arzum Şuşada, Cıdır düzündə Sizinlə birlikdə rəqs etməkdir.
Yaşasın Azərbaycan əsgəri!
Yaşasın Ali Baş Komandan!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Zakir Həsənov
Azərbaycan Respublikası, Lerik rayonu, Durğan kəndi.-0-